Xəzər dənizində 23 yaşlı gənc batıb

Bakı. 30 iyun. REPORT.AZ/ Xəzər dənizində 23 yaşlı gənc batıb. 

"Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, 1995-ci il təvəllüdlü Müşfiq Mübariz oğlun Qarayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər