Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 6 p.m yanıb.

FHN-dən “Report”a bildirilib ki, yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Elektrik lövhəsinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51