Xətaidə avtomobil 16 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib 

Bakının Xətai rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2007-ci il təvəllüdlü Əzizov Tural Rüstəm oğlu idarə etdiyi velosipedlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47