Bakı şəhəri, Xətai rayonu, İnqilab ismayılov 6 ünvanında baş verən yanğın söndürülüb.
"Report" xəbər verir ki, yanğının qarşısı geniş əraziyə yayılmadan alınıb.
Bakı şəhəri, Xətai rayonu, İnqilab ismayılov 6 ünvanında yanğın başlayıb.
"Report"un məlumatına görə, karqo şirkətinin obyekti yanır.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.