Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edilib

Xankəndidə gecə sürət yarışına çıxan şəxslər saxlanılıb. 

"Report"un əldə etdiyi xəbərə görə, Orxan Hümbətzadə və Tural Baxışlı gecə saatlarında istifadələrində olan "VAZ-21154" markalı iki avtomobillə şəhərin əsas yolunda sürət yarışı həyata keçirməklə avtoxuliqanlıq edib.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə inzibati icraat başlanılıb. Hər iki şəxs bir il müddətinə sürücülük hüququndan məhrum edilib və hər biri 500 manat cərimə edilib.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18