Xaçmazda ötən ay avtomobil qaçıran şəxs tutuldu

Xaçmazda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da şəhər ərazisindən Həbibkənd kənd sakini A.Alışovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini Ş.Zeynalov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər