Xaçmazda mopeddən yıxılan kişi ölüb

Xaçmazda mopeddən yıxılan kişi ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Maqsudkənd kəndi ərazisində qeydə alınıb. 1977-ci il təvəllüdlü Həsrət Qüdrət oğlu Aşurov idarə etdiyi "Minsk" markalı mopeddən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş H.Aşurov həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30