Xaçmazda iki avtomobil toqquşub, sürücülər ölüb

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Yalama kəndi ərazisində "VAZ-21010" və "KİA" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüləri, Xaçmaz rayon sakinləri - Hidayətov İsrafil Şahbaz oğlu və Mirzəquliyev Orxan Rüfət oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45