Xaçmazda evdə yanğın olub, ölən var

Xaçmazda evdə yanğın olub, bir nəfər ölüb.

"Report" xəbər verir ki, hadisə Ortaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Məhəmməd Abdurəhim oğlu Pirquliyev fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində həyatını itirib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22