Xaçmazda avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 35-ci km-də, Xaçmaz rayonunun Nərəcən kəndindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, "VAZ-21099" markalı minik avtomobili hərəkətdə olarkən "Qaz-3110" markalı nəqliyyat vastəsilə toqquşub.

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Novruzov Alim Əlirza oglu, 1998 -ci il təvəllüdlü Novruzova Gülyanə Tahirmirzə qızı, 1971-ci il təvəllüdlü Qənbərova Hicran Nurbaba qızı və 1967-ci il təvəllüdlü Qənbərov Canpolad Cavanşir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım biriqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47