Xaçmazda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə axşam saatlarında Nağıoba kəndindən qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Xaçmaz rayon sakinləri, 2004-cü il təvəllüdlü Laçınov Seyfulla Tərlan oğlu və Tarıverdiyev Davud İlham oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18