Xaçmazda 67 yaşlı qadın kanalda batıb

Xaçmazda 67 yaşlı qadın kanalda batıb

Bakı. 10 iyul. REPORT.AZ/ Xaçmazda 67 yaşlı qadın kanalda batıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Xaçmaz rayonu, Padar kəndi, Xanarx kanalında 1951-ci il təvəllüdlü Şıxəliyeva Pəri Qubad qızının batması barədə məlumat daxil olub. 

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Digər xəbərlər

Bakıda mağazadan oğurluq olub 18 sentyabr, 2025 / 12:04