​Xaçmazda 20 yaşlı gənc dənizdə batıb

Bakı. 25 Avqust. REPORT.AZ/ Xaçmaz rayonunda 20 yaşlı gəncin suda batması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə 1 nəfərin suda batması haqqında məlumat daxil olub.

Şimal dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən 1995-ci il təvəllüdlü Əsgərov Orxan Xəyal oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti