Velosiped oğurlayan şəxslər tutulub

Bakı. 17 avqust. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonunda velosiped oğurlayan şəxslər tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Paşa İsmayılov və Kamran Hüseynzadəyə məxsus velosipedləri soyğunçuluq yolu ilə almış Bakı şəhər sakinləri Etibar Həsənov və İlqar Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37