Bakı. 18 iyul. REPORT.AZ/ “Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı bir çox tədbirlər görülür"
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Avropa Məhkəməsi ilə bununla bağlı yazışmalar davam etdirilir, oradan gələn bütün sorğulara cavab hazırlanaraq göndərilir: "Tam detalları açıqlaya bilmərəm. Ölkə ictimayəti bilməlidir ki, onlar müdafiəsi üçün bütün lazımi işlər görülür".