Vəkillər Kollegiyasının daha bir üzvü koronavirusdan vəfat edib

Vəkillər Kollegiyasının daha bir üzvü dünyasını dəyişib.

“Report” xəbər verir ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Hidayət Məmmədov COVID-19 xəstəliyindən vəfat edib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Heydər Əsgərov, Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin!

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47