Ukraynada Azərbaycan vətəndaşı piyadanı vuraraq öldürüb

Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabrın 8-də Ukraynanın Lvov şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Lvov vilayət dövlət administrasiyasının məlumatında bildirilir.

Hadisə axşam saat 20:15 radələrində, Qorodotskaya – Aviatsionnaya küçlərinin kəsişməsində qeydə alınıb. Qəzanı Lvovda yaşayan 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşı törədib.

O, idarə etdiyi KİA "Sorento" markalı avtomobil ilə piyada keçidinin üzərində qadını vurub. Piyada aldığı xəsarətlərdən yerində keçinib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47