​Ukraynada gedən döyüşlərdə azərbaycanlı öldürülüb

Bakı. 17 yanvar. REPORT.AZ/ Ukraynanın Donetsk vilayətində azərbaycanlı həlak olub.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, separatçı qüvvələrin tərkibində yerli hökumətə qarşı döyüşən Ramil Hüseynli Novoazov şəhəri yaxınlığında partizan qüvvələri tərəfindən öldürülüb.

2015-ci il yanvarın 1-də həlak olan R.Hüseynlinin meyiti artıq Azərbaycana göndərilib.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30