Ucarda velosipedçini maşın vurub - FOTO

Ucar şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, saat 11:00 radələrində şəhərin Azərbaycan küçəsində velosipedlə hərəkətdə olan Ərziman Məmmədov "VAZ-2107" markalı minik maşını tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs ətrafdakıların köməkliyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56