Ucarda ağır yol qəzasında iki nəfər ölüb

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford Transit" markalı nəqliyyat vasitəsilə "KamAZ" markalı yük maşını toqquşub.

Hadisə nəticəsində Mirzəyev Elnur Elman oğlu və kimliyi hələ məlum olmayan digər şəxs ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48