Ucarda minik avtomobili su kanalına aşıb - FOTO

Ucar rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən traktorun yedəyinə çırpılıb. Nəticədə minik maşını yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36