Ucarda iki uşaq atası özünü asaraq intihar edib - ƏLAVƏ OLUNUB

Ucar. 28 yanvar. REPORT.AZ/ Ucar rayonunda iki uşaq atası intihar edib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaracallı kəndində baş verib.

1988-ci il təvəllüdlü Qafil Əlmərdan oğlu Nəbiyev yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asaraq intihar edib.

Mərhum evli olub, iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47