Ucarda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakini 1970-ci il təvəllüdlü Məmmədov Səlamət İman oğluna məxsus ümumi sahəsi 70 kvadratmetr olan evin bir otağı yanıb.
Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
*** 15:22
Ucar rayonunda vətəndaşa məxsus fərdi yaşayış evi yanır.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Quləbənd kəndində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.