Ucarda dördotaqlı ev tamamilə yandı - VİDEO

Ucar rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Əlikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Yusif Vahid oğluna məxsus ümumi sahəsi 120 kvadrat metrlik birmərtəbəli, dördotaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon Yanğınsöndürmə Briqadasının 2 avtomobili və canlı qüvvəsi cəlb olunub və ətraf tikililər mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmasa da, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20