Ucarda avtomobil dirəyə çırpılıb, sürücü yaralanıb

Bakı. 7 iyun. REPORT.AZ/ Səhər saatlarında Ucarın Alpı kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Ford” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılması nəticəsində sürücü yaralanıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34