Ucarda 5 yaşlı uşaq hovuzda boğulub

Ucar rayonunda 5 yaşlı uşaq hovuzda boğulub.

"Report" xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rüfət İsmayılov ehtiyatsızlıqdan evin həyətindəki su ilə dolu hovuza yıxılıb. Nəticədə azyaşlı boğularaq ölüb.

Araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41