Ucarda 46 yaşlı kişi bıçaqlanıb

Ucarın Alpout kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 46 yaşlı İlham Həsənov münaqişə zəminində naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı ətrafdakı insanların köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14