Ucarda avtomobil piyadanı vuraraq öldürüb

Ucar rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə oktyabrın 6-da rayonun Müsüslü kəndi ərazasində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü İlqar Həsənov idarə etdiyi "Range Rover" markalı, 10-XA-007 dövlət nişanlı avtomobillə piyada, 1989-cu il təvəllüdlü Anar Baxşəliyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45