Türkiyənin axtarışa verdiyi şəxs Küveytdən Bakıya gələndə saxlanılıb

Türkiyə dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Bakıda tutulub.

“Report” xəbər verir ki, 37 yaşlı Türkiyə vətəndaşı Dinçer Mazlum Küveyt - Bakı reysi ilə Azərbaycana gələn zaman hava limanında saxlanılıb.

Həmin şəxs Türkiyədə şantaj və digər ağır cinayət işlərinə görə axtarışda olub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56