Ədliyyə məmuruna qarşı 58 min manatlıq dələduzluq edən Türkiyə vətəndaşının məhkəməsi başlayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxsin tərcüməçisi məhkəməyə gəlməyib.

Proses yanvarın 30-na təxirə salınıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı T.Çalışqan Esmira Qənizadənin etibarından sui-istifadə edərək ona külli miqdarda ziyan vurub.

Belə ki, o, qadına Türkiyədən Azərbaycana xəstəxana üçün mallar göndərəcəyi vədi verib, ondan 58 min manat pul alıb. Daha sonra T.Çalışqan verdiyi vədə əməl ətməyib.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan T.Çalışqan barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.

Xatırladaq ki, E.Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. I dərəcəli ədliyyə qulluqçusudur.

Digər xəbərlər