Traktorçu Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib - ƏLAVƏ OLUNUB

Ağsu. 28 aprel. REPORT.AZ/ Ağsu rayonunda traktorçu iş başında ölüb. 

“Report”un Şirvan bürosunun verdiyi xəbərə görə, rayonun Üçüncü məhəllə sakini, 1962-ci il təvəllüdlü Ağaverdi Allahverdiyev ona məxsus olan "T-40" markalı qoşqulu traktoru ilə Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib.

Yaxınlıqda olan sakinlər əraziyə təcili yardım çağırıblar. Meyit Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib. 

İlkin araşdırmalar zamanı onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18