Tovuzda yol qəzasında 70 yaşlı qocanın beli sınıb

Tovuzda yol qəzasında 70 yaşlı qocanın beli sınıb.

"Report"un məlumatına görə, hadisə Əlibəyli kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1952-ci il təvəllüdlü Quliyev Sadiq Tapdıq oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47