Tovuzda yol qəzasında 4 nəfər xəsarət alıb

Tovuz. 11 dekabr. REPORT.AZ/ Axşam saatlarında Tovuz rayonunun Aşağı Quşçu kəndində 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, qəza “KİA Sorento” markalı avtomaşınla “VAZ-2101”in toqquşması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin orta-ağır, digərlərinin isə normal olduğu bildirilir. Yaralılardan biri "VAZ-2101" markalı avtomaşında olan sərnişin, 1977-ci il təvəllüdlü Tovuz rayon sakini Hüseynov Əlibala Ədalət oğlunun vəziyyəti ağırdır. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilə bilər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05