Tovuzda yol qəzası olub, yaralananlar var - YENİLƏNİB

Tovuz. 24 noyabr. REPORT.AZ/ Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, Hadisə nəticəsində üç nəfər - 1960-cı il təvəllüdlü Elçin Əkbər oğlu Əhmədov, 1977-ci il təvəllüdlü Şahin Mamed oğlu Əliyev və 1978-ci il təvəllüdlü Sabir İslam oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.


***15:23

Tovuz. 24 noyabr. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarqulu kəndində qeydə alınıb.

Hadisə nəticəsində üç nəfər ağır bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14