Tovuzda yol qəzası baş verib, yaralananlar var

Tovuz. 20 noyabr. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "VAZ-21015" markalı minik maşını toqquşub. Nəticədə Qazax rayon sakini Tofiq Musa oğlu İbrahim və Tovuz rayon sakini Ədalət Xankişi oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48