Tovuzda yol qəzası baş verib, xəsarət alan var

Tovuz. 17 dekabr. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Aşağı Quşçu kənd sakini Malik Şahquliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02