Tovuzda yol kənarından tapılan meyitin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Tovuz rayonunda yol kənarından tapılan meyitin şəxsiyyəti məlum olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, meyit Tovuz rayon Bayramlı kənd sakini, 1976-cı il təvəllüdlü İsgəndərov Məqsəd Kamandar oğluna məxsusdur.

İlkin ehtimala görə, onu avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.


***01:04

Tovuz rayonunun Azaflı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında meyit tapılıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda meyitin kimə məxsus olduğu məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47