Tovuzda üç uşaq anası özünü yandıraraq intihar edib

Tovuz. 11 may. REPORT.AZ/ Tovuz rayonunda üç uşaq anası özünü yandırıb.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin damında özünü yandıraraq intihar edib.

İlkin məlumata əsasən, intihara səbəb qadının ağır xəstəlikdən əziyyət çəkməsi olub.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Digər xəbərlər