Tovuzda üçotaqlı ev yanıb

Tovuzda üçotaqlı ev yanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Aşağı Quşcu kəndində ümumi sahəsi 144 m² olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47