Tovuzda top mərmisi aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 85 mm-lik top mərmisi (BR-365K) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50