Tovuzda qadın intihara cəhd edib

Tovuz. 10 yanvar. REPORT.AZ/ Tovuz rayonunda intihara cəhd hadisəsı baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib. 

Kənd sakini, 1976-cı il təvəllüdlü Kərimova Vəfa Namaz qızı sirkə turşusu içərək özünü öldürmək istəyib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. 

İlkin məlumatlara görə, o, həyat yoldaşı ilə mübahisə edib və bu səbəbdən özünü zəhərləyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48