Tovuzda orta məktəbdə yanğın baş verib

Tovuz. 8 dekabr. REPORT.AZ/ Tovuz rayonunda orta məktəbdə yanğın baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndindəki İmran Mürşüdov adına orta məktəbdə qeydə alınıb. 

Əraziyə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47