Tovuzda ikimərtəbəli yaşayış binasında yanğın olub

Tovuz rayonunda yaşayış binasında yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Salatın Əsgərova küçəsində qeydə alınıb. 

Belə ki, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində rayon sakini Kərim Xanlar oğlu Şahmuradova məxsus mənzildə yanğın baş verib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, yanğın ev sahibinin övladının ehtiyatsızlığı ucbatından baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41