Tovuzda gənc qızın intihara cəhdinin səbəbi məlum olub - YENİLƏNİB

Tovuz rayonunda özünü körpüdən atan qızın şəxsiyyəti və intihara cəhd etməsinin səbəbi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun 2001-ci il təvəllüdlü Qədirli kənd sakini K.H.Məhəmməd qızı atasının ölümünə dözə bilmədiyi üçün intihara cəhd edib.

Hazırda xəstəxanaya yerləşdirilən zərərçəkmişin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.


***18:40

Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, gənc qadın özünü körpüdən aşağı atıb.

Hazırda ad-soyadı məlum olmayan şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47