Tovuzda evdə yanğın olub, xəsarət alan var - VİDEO

Tovuz rayonunda yanğın baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əlimərdanlı kəndində, yerli sakin İlham Bayramova məxsus 3 otaqdan ibarət fərdi evdə qeydə alınıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22