Tovuzda avtomobil yanıb, bir nəfər xəsarət alıb

Tovuz rayonunun Əlimərdanlı kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47