Tovuzda avtomobil qəzası olub, xəsarət alan var

Tovuz şəhər ərazisində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə "VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Yol-nəqliyyat hadisəsi zaman, 39 yaşlı M.İsgəndərov xəsarət alıb.

O, Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51