Tovuzda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Rəna Tağıyeva hadisə yerində dünyasını dəyişib.

Tovuz rayon sakini, 2016-cı il təvəllüdlü Fərid Tağıyev, 1963-cü il təvəllüdlü Fərman Tağıyev, 1995-ci il təvəllüdlü Alıyev Rəmzi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

21:37

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Polisin məlumatına görə, "VAZ" markalı iki avtomobilin toqquşması nəticəsində 1 nəfər qadın ölüb, daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlardan biri uşaqdır. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47