Tovuzda avtomobil qəzası baş verib

Tovuz. 11 noyabr. REPORT.AZ/ Tovuz rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. İlkin məlumatlara görə, sükan arxasında olan sürücünün anidən halı pisləşib və avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hələki kimliyi məlum olmayan sürücü xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41