Tovuzda avtomobil qəzası baş verib, yaralananlar var - FOTO

Tovuz. 15 iyul. REPORT.AZ/ Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosu xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində olub. 

Belə ki, "VAZ-2106" markalı avtobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil iki hissəyə ayrılıb, 4 nəfər yaralanıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29